Polis idarəsinin rəisi bir səhvə görə işdən QOVULDU
10 aprel 2024 18:23 (UTC +04:00)

Polis idarəsinin rəisi bir səhvə görə işdən QOVULDU

Rusiyanın Sverdlovsk vilayətində polis idarəsinin rəisi olan polkovnik-leytenant xidməti avtomobili oğurlandıqdan sonra işdən çıxarılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, qərar daxili yoxlamadan sonra qəbul edilib. Bundan əvvəl Alapayevskdə insident baş verib.

Yerli KİV-in məlumatına görə, Daxili İşlər Nazirliyinin əməkdaşı açarı avtomobilin üzərində unudub. Bu, saxlanılan şəxsin avtomobil oğurlamasına və qaçmasına kömək edib. Lakin bir müddət sonra həmin şəxs idarəetməni itirərək dirəyə çırpılıb.

Yoxlama zamanı polkovnik-leytenant tutduğu vəzifədən uzaqlaşdırılıb. Artıq məsul şəxslər tərəfindən DİN-in rəis əvəzi vəzifəsinə əvvəllər başqa ərazidə analoji vəzifədə çalışmış yeni şəxs təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84273
avatar

Oxşar yazılar