Polietilen torbalarla bağlı daha bir  XƏBƏRDARLIQ  - əks halda...
19 yanvar 2021 11:22 (UTC +04:00)

Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...

Dövlət Gömrük Komitəsi polietilen torba idxal edənlərə xəbərdarlıq edib.

Komitədən Lent.az-a verilən məlumata görə, bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməyə çağırılır. Bildirilib ki, qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, "Ətraf mühitin mühafizəsi haqqında" qanuna 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub. Mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4062
avatar

Mehman Nəbiyev

Oxşar yazılar