Pişiyi vurmaq  İSTƏDİ:   hamilə qadını  GÜLLƏLƏDİ
16 iyun 2022 19:37 (UTC +04:00)

Pişiyi vurmaq İSTƏDİ: hamilə qadını GÜLLƏLƏDİ

Ulyanovsk yaxınlığında bir kişi pişiyi vurmaq istəyəndə hamilə qonşusunu qarnından güllələyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 15-i axşam saatlarında Ulyanovsk vilayətində 55 yaşlı kişi Pavlovka kəndində spirtli içki qəbul edib. 

Sonra silahını götürərək hədəf kimi istifadə etmək qərarına gəldiyi pişiyə iki dəfə atəş açıb. Lakin heyvan qaçıb və güllə 8 aylıq hamilə olan qonşunun qarnından dəyib.

Qadın reanimasiya şöbəsinə yerləşdirilib və qeysəriyyə əməliyyatı olunub. Ana və uşaq sağ qalıb. Həmin şəxs barəsində cinayət işi açılıb. 
 

# 3621
avatar

Fidan İlqar

Oxşar yazılar