Partiya sədrinə ofisində HÜCUM:  Bıçaqlayıb...
07 dekabr 2022 18:51 (UTC +04:00)

Partiya sədrinə ofisində HÜCUM: Bıçaqlayıb...

Ankarada Yenilik Partiyasının sədri Öztürk Yılmaza qarşı ofisində bıçaqlı hücum olub.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə partiyasının Çankaya rayonundakı qərargahında baş verib. 

Yenilik Partiyasının sədri, 26 və 27-ci müddətdə Ərdahan millət vəkili Öztürk Yılmazı onunla görüşə gələn naməlum şəxs bıçaqlayıb. Yılmaz ombasından yaralanarkən, təcavüzkar qaçıb. Partiya üzvlərinin xəbəri ilə gələn səhiyyə işçiləri ilk müdaxiləni edib. Öztürk Yılmaz daha sonra təcili yardımla xüsusi xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

“CNN Türk”ün müxbiri Melike Görür hücumla bağlı təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, Yenilik Partiyasının sədri Öztürk Yılmaza ofisində 35 yaşlı kişi hücum edib. Ofisdəki insanlar hücum edən şəxsə müdaxilə edib. Yılmazın səhhətinin hazırda yaxşı olduğu bildirilir. Xəstəxanada müalicə davam edir.

# 3552
avatar

Oxşar yazılar