Öz  MAŞININI OĞURLAYAN   sürücü polisə müraciət etdi
27 avqust 2021 14:23 (UTC +04:00)

Öz MAŞININI OĞURLAYAN sürücü polisə müraciət etdi

Bakıda polisə müraciət edən vətəndaş avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini Z.Həsənov özünə məxsus  “QAZ-3110” markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edib.

Ancaq polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində fakt təsdiqini tapmayıb. Həmin avtomobil avqustun 26-da Binəqədi rayonu ərazisində hərəkətdə olarkən saxlanılıb. Hadisənin maraqlı olan tərəfi budur ki, avtomobili Z.Həsənovun özünün idarə edildiyi aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3135
avatar

Mehman Nəbiyev

Oxşar yazılar