Ötən il 30 prokurorluq işçisi məsuliyyətə cəlb olunub
08 yanvar 2021 12:57 (UTC +04:00)

Ötən il 30 prokurorluq işçisi məsuliyyətə cəlb olunub

0

Bu gün Baş Prokurorluqda ötən il prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Qurumdan Lent.az-a verilən xəbərə görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.
Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib. 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2274

Oxşar yazılar