Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi - ürəyi tutub...   - YENİLƏNİB
22 mart 2023 19:39 (UTC +04:00)

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi - ürəyi tutub... - YENİLƏNİB

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

***
Saat: 19:26

Oqtay Əliyevin dəhşətli qəzada vəfat etməsi barədə təfərrüatlar ortaya çıxıb.

Bşa Dövlət Yol Polisi İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, sürücü Oqtay Əliyev bir müddət əvvəl ürək əməliyyatı etdirib. Avtomobili "VAZ" dairəsindən Saray yolu istiqamətində idarə edərkən qəfil ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Saat: 19:10

“SOY” prodakşının rəhbəri Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib.

Lent.az xəbər verir ki bu barədə sosial şəbəkədə məlumat yayılıb. Yol-nəqliyyat hadisəsi Abşeron rayonu ərazisində, Saray yolunda qeydə alınıb. Məlumata əsasən, Oqtay Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə o, həyatını itirib.

Onun xanımı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə yaralanıblar.

# 15069
avatar

Mehman Nəbiyev

Oxşar yazılar