Oğuzda oğurladıqlarını Qəbələdə satdı - VİDEO
15 aprel 2025 12:20 (UTC +04:00)

Oğuzda oğurladıqlarını Qəbələdə satdı - VİDEO

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının  keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb. O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar