Oğuzda DƏHŞƏT:  11 yaşlı qız öldü
22 iyul 2024 19:04 (UTC +04:00)

Oğuzda DƏHŞƏT: 11 yaşlı qız öldü

Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 16 radələrində rayonun Yemişənli kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb. 11 yaşlı F. Qədirova boğularaq ölüb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar