Oğurladığı bank kartı ilə alış-veriş etdi
06 iyun 2024 13:46 (UTC +04:00)

Oğurladığı bank kartı ilə alış-veriş etdi

İyunun 5-i saat 3 radələrində Qala qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyüb 35 manat pulunu, 2 ədəd mobil telefonunu və bank kartını əlindən alıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 28 yaşlı Sahib İsmayılov saxlanılıb. S.İsmayılov hadisədən sonra zərərçəkənin kartı ilə alış-veriş edib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Oxşar yazılar