Novxanıda qəza, sürücü öldü -  VİDEO
09 aprel 2024 19:54 (UTC +04:00)

Novxanıda qəza, sürücü öldü - VİDEO

Novxanıda qəza zamanı yaralanan sürücü xəstəxanaya yerləşdirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, sürücü 45 yaşlı  Allahverdiyev Mübariz Nizami oğlu xəstəxanada ölüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü  Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

# 2484
avatar

Oxşar yazılar