Nazirlik Bakıda ağacdakı uşağa  görə hərəkətə keçdi
24 iyun 2022 21:00 (UTC +04:00)

Nazirlik Bakıda ağacdakı uşağa görə hərəkətə keçdi

Bakıda uşaq ağacda qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının hündürlüyü təqribən 8 metr olan ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. 

Həyata keçirilən tədbirlər nəticəsində azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
 

# 3918
avatar

Oxşar yazılar