Narkotikə görə axtarışda olan saxlanılarkən özünü doğradı  - YENİLƏNİB
24 may 2024 10:53 (UTC +04:00)

Narkotikə görə axtarışda olan saxlanılarkən özünü doğradı - YENİLƏNİB

Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslər - Şirvan şəhər sakinləri 37 yaşlı İsayev Əli Vahid oğlu və 41 yaşlı Əliyev Mehman Aydın oğlundan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. 

Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

23 may, saat 15:07

Şirvanda narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən şəxs saxlanılarkən özünə xəsarət yetirib.

Lent.az xəbər verir ki, həmin şəxs bıçaqla qollarını kəsib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirib ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətlərə görə məhkum olunan, 37 yaşlı İsayev Əli Vahid oğlu barəsində eyni əmələ görə yenidən şübhələr olduğundan məcburi gətirilmə qərarı çıxarılıb. Polis əməkdaşları tərəfindən Şirvan şəhərində saxlanılarkən üzərində olan kəsici alətlə özünə xəsarət yetirərək ərazidən uzaqlaşıb.

Hazırda həmin şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4350
avatar

Oxşar yazılar