Narkoman taksi sürücüsü sükan arxasında "HALLI" tutuldu  - FOTO
18 sentyabr 2021 16:01 (UTC +04:00)

Narkoman taksi sürücüsü sükan arxasında "HALLI" tutuldu - FOTO

Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub.Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4305
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar