Nabranda 13 yaşlı yeniyetmə hovuzda BOĞULDU
14 iyul 2024 22:25 (UTC +04:00)

Nabranda 13 yaşlı yeniyetmə hovuzda BOĞULDU

Xaçmaz rayonunun Nabran istirahət zonasında bədbəxt hadisə yaşanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü Quba rayon sakini Həsənli Etibar Böyükağa oğlu "Elfaro" İstirahət Mərkəzinin hovuzunda çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Fakt Xaçmaz rayon Prokurorluğu tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Oxşar yazılar