“Motodrom”da  meyit tapıldı
08 fevral 2023 13:40 (UTC +04:00)

“Motodrom”da meyit tapıldı

Bakıda kişi meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda yerləşən “Motodram”da qeydə alınıb.

Tapılan meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Ağdam rayon sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Ramiz Bağırov olmaduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1680
avatar

Sevinc Fərid

Oxşar yazılar