Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO
02 dekabr 2022 02:49 (UTC +04:00)

Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində köməkçi yolda qeydə alınıb.

“Toyota” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Minik maşını idarəetmədən çıxaraq yol kənarında hərəkətsiz dayanan evakuatora çırpılıb. Avtoqəza zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Avtotexniki eskpertiza təyin edilib.
 
 

# 1518
avatar

Oxşar yazılar