Meymun uşaqlara hücum etdi, ikisini yaraladı
30 sentyabr 2023 12:03 (UTC +04:00)

Meymun uşaqlara hücum etdi, ikisini yaraladı

Yaponiyada meymun uşaqlara hücum edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Hokkaydo qubernatorluğunun Kamikava rayonunun Naqakava qəsəbəsində baş verib.

Əvvəlcə meymun beş yaşlı uşağın olduğu mənzilə girib və onun belini dişləyib.

Yarım saat sonra təcili yardıma ikinci meymun hücumu barədə məlumat daxil olub. Meymun dörd yaşlı uşağın qolundan və budundan dişləyib. Uşaqların həyatı təhlükədə deyil. Səlahiyyətlilər yerli sakinləri vəhşi heyvanlara yaxınlaşmamağa və onların diqqətini cəlb etməməyə çağırıb.

# 1449
avatar

Oxşar yazılar