Moskva yaxınlığındakı Taldom meşələrində naməlum şəxs ovçuları güllələyib: yaralılardan biri ölüb.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə regional Baş İstintaq İdarənin mətbuat xidməti məlumat yayıb.
Moskva vilayətinin Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti əlavə edib ki, atəş Zaprudnya kəndinin bağ evləri olan sakinləri tərəfindən eşidilib. İki ovçu yaralanıb. Onlardan biri dünyasını dəyişib, ikincisi isə bud nahiyəsindən güllə yarası alaraq təcili xəstəxanaya yerləşdirilib.
Qətl və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb. Atəş açan şəxsin axtarışları davam etdirilir.