Dağıstanda naməlum şəxs məscidə gələn şəxsdən külli miqdarda pul oğurlayıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, volqoqradlı fermer Mahaçqalaya atasının yanına gəlib. O, axşam namazı üçün məscidə gedib və zərfli pencəyini asılqanda qoyub. Zərfdə 4 min dollar və 200 min rubl (təxminən 3740 manat) olub. Kişi məsciddən çıxanda pulun olmadığını görüb.
Polis gödəkçədən barmaq izlərini götürüb, lakin oğrunu hələ də tapa bilməyib.