Məmmədovlar birləşib evin bütün qızıllarını apardılar -FOTO
09 may 2022 10:44 (UTC +04:00)

Məmmədovlar birləşib evin bütün qızıllarını apardılar -FOTO

Göygöl rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Göygöl rayon sakinləri Fizuli Məmmədov və İntiqam Məmmədov yanvar ayında qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olublar. Oradan ümumi dəyəri 6000 manat olan müxtəlif növ qızıl-zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

F.Məmmədov və İ.Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam etdirilir.

# 2223
avatar

Mehman Nəbiyev

Oxşar yazılar