Maştağada faciə  - Vətən müharibəsi şəhidinin hər iki valideyni dəm qazından boğuldu
04 mart 2025 00:51 (UTC +04:00)

Maştağada faciə - Vətən müharibəsi şəhidinin hər iki valideyni dəm qazından boğuldu

Çox böyük faciə baş verib. Bu gün axşamüstü 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - atası Məcnun kişi və anası Gülnaz xanım dəm qazından vəfat edib. Allah rəhmət eləsin.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Elyar İslamoğlu sosial şəbəkədə paylaşıb.

"Xatırladım ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşdur. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar. 2003-cü ildə Maştağadakı C.Cabbarlı adına orta məktəbdə təhsil almağa başlamışdır. 2014-cü ildə C.Cabbarlı adına 187 saylı məktəbi bitirmişdir. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanmışdır. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşmüşdür. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olmuşdur. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.
Bütün şəhidlərimizin ruhu şad olsun.", - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar