Maşın vuran kişi xəstəxanada öldü
06 iyul 2021 15:45 (UTC +04:00)

Maşın vuran kişi xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, hadisə iyulun 5-də saat 2 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini T.Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nadir Mehdiyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Mehdiyev orada ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Mehman Nəbiyev

Oxşar yazılar