Masazırda  OTELDƏ QƏTL:   Qadını boğub öldürdü
01 noyabr 2022 18:45 (UTC +04:00)

Masazırda OTELDƏ QƏTL: Qadını boğub öldürdü

Masazırdakı oteldə qətl törədilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Oktyabrın 31-i gecə saat 5 radələrində Masazır qəsəbəsində yerləşən otellərin birində 32 yaşlı Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Peşəkarlıqla keçirilən istintaq-əməliyyat tədbirləri ilə 26 yaşlı Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Rəsul Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5878

Oxşar yazılar

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ  - VİDEO

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ - VİDEO

14 iyun 2025 , 22:27
İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

14 iyun 2025 , 22:19
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

14 iyun 2025 , 22:02
Şəkidə yük maşını aşdı, ölən var

Şəkidə yük maşını aşdı, ölən var

14 iyun 2025 , 19:51
4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49