Masallıda 12 yaşlı qız zorlanıb? RƏSMİ CAVAB
18 aprel 2022 17:35 (UTC +04:00)

Masallıda 12 yaşlı qız zorlanıb? RƏSMİ CAVAB

Daxili İşlər Nazirliyi Masallıda azyaşlı qıza qarşı cinsi təcavüz edilməsi ilə bağlı məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, sözügedən məsələ ilə bağlı fevralın 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. rayon Polis Şöbəsinə müraciət edib:

"Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb".

Qeyd edək ki, mediada və sosial şəbəkələrdə Masallıda 60 yaşlı kişi 12 yaşlı qıza cinsi təcavüz etməsi barədə məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4011
avatar

Mehman Nəbiyev

Oxşar yazılar