Masallıda "07" aşdı, 13 yaşlı uşaq öldü
07 sentyabr 2024 15:57 (UTC +04:00)

Masallıda "07" aşdı, 13 yaşlı uşaq öldü

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, hadisə sentyabrın 7-də saat 2 radələrində Şıxlar kəndi ərazisində baş verib.

Ali Mamedov idarə etdiyi "Vaz 21074" markalı avtomobillə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Oxşar yazılar