Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat pul, 1500 manat dəyərində tütün məmulatı və 500 manat dəyərində danışıq kartları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oğurluqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunan R.Hüseynov və R.Abbaszadə saxlanılıb.
Araşdırma aparılır.