Lerikdə yük maşını betona çırpıldı, sürücü öldü  - FOTO
03 avqust 2022 23:45 (UTC +04:00)

Lerikdə yük maşını betona çırpıldı, sürücü öldü - FOTO

Lerik rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib.

Lent.az APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, qəza axşam saatlarında Lerik rayonunun Günəşli kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Lənkəran sakini Ruslan Fərhad oğlu Kərimovun idarə etdiyi 10 LJ 164 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxıb.

Bundan sonra avtomobil yol kənarındakı beton səthə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Rövşən Əzimov

# 2172
avatar

Oxşar yazılar