Lənkəranda "Opel" aşdı, sürücü öldü
03 sentyabr 2022 17:40 (UTC +04:00)

Lənkəranda "Opel" aşdı, sürücü öldü

Sentyabrın 2-də saat 23 radələrində Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində rayon sakini Vüsal Babayev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 

# 2382
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar