27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə Lənkəran şəhər sakini Həsən Mənsubov işləmək üçün Serbiyaya gedib.
Bir neçə gün bundan əvvəl o, yüksək mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və o, aldığı xəsarətlərdən ölüb.
Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Həsən idmanın ağır atletika növü ilə məşğul idi.