Kürdəmirdə yük maşınları toqquşdu, ölən var - YENİLƏNİB
29 fevral 2024 22:21 (UTC +04:00)

Kürdəmirdə yük maşınları toqquşdu, ölən var - YENİLƏNİB

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Qarabucaq kəndindən keçən hissəsində 1986-cı il təvəllüdlü Bakı sakini Asəf Həsənovun idarə etdiyi TIR qəflətən yola çıxan piyadanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Arxadan gələn daha 3 yük maşını - TIR, "KamAZ" və betonqarışdıran bir-birinə çırpılıb.

Hadisə nəticəsində yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Fakt araşdırılır.

***

Saaat 22:21

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində yük maşınları toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

Fakt araşdırılır.

# 2937
avatar

Oxşar yazılar