Azərbaycandan Qazaxıstana gedən şəxsin əl baqajları yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstana gedən Azərbaycan vətəndaşının müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.
Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.