Koronavirus xəstəsinə CİNAYƏT İŞİ AÇILDI
14 avqust 2021 10:58 (UTC +04:00)

Koronavirus xəstəsinə CİNAYƏT İŞİ AÇILDI

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini K. Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar