Koronavirus xəstəsi öz aptekində saxlanıldı -  FOTO
10 sentyabr 2021 12:01 (UTC +04:00)

Koronavirus xəstəsi öz aptekində saxlanıldı - FOTO

Qəbələdə koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini Çingiz Seyidovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs Hacallı kəndində özünə məxsus aptekdə işçilərlə ünsiyyətdə olarkən aşkarlanıb. Ç.Seyidovla izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Qəbələ rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515
avatar

Mehman Nəbiyev

Oxşar yazılar