Kitab oğurluğuna görə saxlanılan Elməddin Süleymanlı və Elvin Əhmədov
07 iyun 2021 15:57 (UTC +04:00)

Kitab oğurluğuna görə saxlanılan Elməddin Süleymanlı və Elvin Əhmədov

Kitab oğrularını hansı cəza gözləyir? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Bakının mərkəzindəki mağazaların birindən 2 ədəd kitab oğurlanması ilə bağlıdır.

“Əli və Nino” kitab mağazaları şəbəkəsindən 2 ədəd kitab oğurlanması sosial şəbəkənin əsas müzakirə mövzusuna çevrildi. Hər kəs gənclərin 2 kitaba görə saxlanılmasına üzgün olduqlarını bildirərək, müxtəlif fikirlər irəli sürdülər. Hətta məşhur mağazalar şəbəkəsini qınayanlar da oldu. Məşhur aparıcı-aktyor Kamran Abdullayev isə gənclərin oğurladıqları kitabların 10, 100 qatını belə ödəcəyəni qeyd edib.

Bəs görək, 2 kitab oğurladıqları üçün gəncləri hansı cəza gözləyir?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, bu barədə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində tədbirlər nəzərdə tutulub:

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev

“Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə 100 manadan artıq məbləğ cinayət tərkibi yaradır. Amma burda qanunsuz daxil olma yoxdur. Həm də nə qapını sındıraraq, nə də kiməsə müqavimət göstərərək içəri girməyiblər.

Sözügedən oğurluq faktın 500 manatdan yuxarı olsaydı cinayət sayılardı. Ondan aşağı olduğu üçün inzibati xəta hesab olunur.

Qeyd olunan oğurluq faktına görə isə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər nəzərdə tutulur. Həmçinin işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.

Qeyd edək ki, bu gün "Əli və Nino" kitab mağazalarının Bakının Səbail rayonunda yerləşən filialından 2 ədəd kitab oğurlanması barədə məlumat vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4458
avatar

Mehman Nəbiyev

Oxşar yazılar