Kənddə  maşını aşırdı:   İki nəfər...
13 iyun 2022 20:24 (UTC +04:00)

Kənddə maşını aşırdı: İki nəfər...

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə  rayonun  Toğanalı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı  2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Bərdə rayon sakinləri - 53 yaşlı Mürşüd Qədimov və 51 yaşlı Şəmsəddin Şahbazovdur.

Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

# 3012
avatar

Oxşar yazılar