Kənddə dördotaqlı ev  külə döndü
06 oktyabr 2022 23:26 (UTC +04:00)

Kənddə dördotaqlı ev külə döndü

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, yanğın Təzəkənd kəndində qeydə alınıb. Hadisə yerinə FHN Cəlilabad yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 Kənd sakini Seymur Nuralıyeva məxsus  ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev tamamilə yanıb.

Hadisə zamanı evdə heç kim olmayıb. 
 

# 2430
avatar

Oxşar yazılar