Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşir ştatında reabilitasiya klinikasında müalicə aldığı zaman bir gündə üç qadına qarşı cinsi təcavüz etməkdə təqsirləndirilib.
Lent.az xəbər verir ki, bu barədə ölkənin yerli media orqanları məlumat yayıblar.
Məlumata əsasən, Londonun Naytsbrik şəhərində yaşayan Rafael İbrahimov yuxu həblərindən asılılığından müalicə üçün klinikaya üz tutub.
İddiaçı Coşua Qorst, İbrahimovun üç işçiyə cinsi təcavüz etdiyini, bir qadının sinəsinə, başqa bir qadının ayaqlarına toxunduğunu və hər üç qadının əllərindən dəfələrlə öpdüyünü söyləyib.
Onun sözlərinə görə, keçmiş səfir həmin qadınlara gözəl xanımlar olduqlarını və onları sevdiyini deyib.
Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış İbrahimov keçən il beş cinsi təcavüz və bir cinsi zorakılığa cəhddə günahını etiraf edib.
Fevralın 7-də məhkəmənin qərarı ilə Rafael İbrahimov 20 gün islah işləri və 200 saat ödənişsiz işlər olmaqla, 16 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 10 il cinsi cinayətkarların qeydiyyatında qalacaq.