Keçmiş polis Şəhidlər Xiyabanında  özünü asdı   - FOTO
06 iyul 2022 20:48 (UTC +04:00)

Keçmiş polis Şəhidlər Xiyabanında özünü asdı - FOTO

Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib.

Lent.az APA-ya istinadən  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil:

"Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib".

# 4740
avatar

Oxşar yazılar