Keçmiş məhkumlar maşını qaçırıb əzdilər
29 iyun 2021 13:05 (UTC +04:00)

Keçmiş məhkumlar maşını qaçırıb əzdilər

Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının iyunun 22-də M.Cəfərova məxsus qaçırılmış “VAZ-2107” markalı avtomobilin tapılması üçün birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə avtomobil iyunun 28-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əzilmiş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Babayev və Z.Söhrabov müəyyən edilərək  saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173
avatar

Mehman Nəbiyev

Oxşar yazılar