Keçmiş məhkum təhlükəli narkotiklə tutuldu
19 avqust 2021 18:54 (UTC +04:00)

Keçmiş məhkum təhlükəli narkotiklə tutuldu

Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirallahı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətinə baxış zamanı oradan əlavə olaraq heroin, metamfetamin və çətənə toxumları aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Mehman Nəbiyev

Oxşar yazılar