Katibənin maaşını mənimsəyən məktəb direktoruna CİNAYƏT İŞİ AÇILDI
17 iyun 2021 11:16 (UTC +04:00)

Katibənin maaşını mənimsəyən məktəb direktoruna CİNAYƏT İŞİ AÇILDI

Cəbrayıl Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırma ilə Mehman Quliyevin qeyd edilən məktəbin direktoru vəzifəsini icra etdiyi müddətdə katibə işləyən Jalə Quliyevanın əmək fəaliyyətini həyata keçirmədiyi halda adına olan əmək haqqı kartına 2019-cu il sentyabr ayından 2021-ci ilin mart ayına kimi köçürülən 6 min manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin)  məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Mehman Nəbiyev

Oxşar yazılar