Rusiyanın Tümen şəhərinin Kuznetsov küçəsindəki kanalizasiya kollektorunda insan qalıqları tapılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə şəhər sakinləri polisə xəbər verib.
İlkin informasiyaya görə, meyit bir neçə həftədir orada qalıb. Cəsədin kimə aid olduğu hələ məlum deyil.