Kamran Əliyevdən YENİ TƏYİNATLAR
25 iyun 2025 15:37 (UTC +04:00)

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Göyçay rayon prokurorunun səlahiyyət müddəti uzadılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, rayon prokuroru Ramin Hüseynov 2-ci səlahiyyət müddətinə yenidən Göyçayın prokuroru təyin edilib.

Bundan başqa, Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.

Həmçinin, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov isə Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorun digər əmrləri ilə Fəxri Məmmədov Yardımlı, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Səadət Rüstəmova Qobustan, Vasif Süleymanov Ağdam rayonuna prokuror təyin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954

Oxşar yazılar