Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.
O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.
T. Əlizadə atasının sabah Türkiyədə dəfn ediləcəyini bildirib.
Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.