İstanbuldan külli miqdarda qızıl  gətirmək istədilər
02 dekabr 2022 15:51 (UTC +04:00)

İstanbuldan külli miqdarda qızıl gətirmək istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik
məmulatının Azərbaycanın gömrük sərhədindən bəyan etmədən
keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsibdən Lent.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşına məxsus əşyalardan və  şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

# 1473
avatar

Oxşar yazılar