Kərimov Qabil Tabil oğlu
15 aprel 2022 10:21 (UTC +04:00)

Kərimov Qabil Tabil oğlu

İranla sərhəddən 2 kiloya yaxın narkotik götürmək istədi, alınmadı - FOTO

iranla sərhəddə külli miqdarda narkotik ələ keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, aprelin 13-ü saat 21:35-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Toyota Corolla" markalı avtomobilin əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Ərazidən uzaqlaşmağa çalışan şəxs sərhəd naryadı tərəfindən saxlanılıb. Onun Ağdam rayon sakini 55 yaşlı Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdirilib.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisindən ümumi çəkisi 1885 qram olan narkotik vasitəyə (1770 qram heroin və 115 qram marixuana) bənzər maddələr aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Mehman Nəbiyev

Oxşar yazılar