İranla sərhəddə daha bir  ƏMƏLİYYAT:  5 nəfər saxlanıldı
17 may 2021 11:39 (UTC +04:00)

İranla sərhəddə daha bir ƏMƏLİYYAT: 5 nəfər saxlanıldı

Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində 5 nəfər saxlanılıb, onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq hərəkəti davam etdirilir.

Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axtarışı və müəyyənləş­dirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Mehman Nəbiyev

Oxşar yazılar