İrandan pilotsuz uçuş aparatı  ilə narkotik keçirilməsinin qarşısı belə alındı
31 mart 2025 11:59 (UTC +04:00)

İrandan pilotsuz uçuş aparatı ilə narkotik keçirilməsinin qarşısı belə alındı

Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.

Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilib, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar