İrandan 11 kilo narkotikin Azərbaycana gətirilməsinin qarşısı alındı
07 mart 2024 16:19 (UTC +04:00)

İrandan 11 kilo narkotikin Azərbaycana gətirilməsinin qarşısı alındı

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 6-da saat 6:30-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 11 kiloqram 250 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 2172
avatar

Oxşar yazılar